Səbəbsiz sevməkdir eşq... Səbəbi olmadan bağlanmaq birinə... Gözlərinə baxanda əriməkdir içdən içə, Əllərini tutanda titrəməkdir bütün varlığınla. Hətta qucaqlaya bilməməkdir utancdan, Çünki utanmaqdır sevmək əslində.
sadəcə bir əsgər deyildi. O, şəhadətə aşiq bir ruh idi., Onun içindəki inam, dua qədər təmiz, iman qədər dərindi. O, şəhid olmağa getmədi, şəhidliyə çağırıldı. Çünki Allah bəzi insanları sevdiklərini sübut etsinlər deyə seçir. Mübariz isə seçilənlərdən idi. O, bir gecənin içində tarix yazdı, təkbaşına düşmənin cəbhəsinə girib onlarla döyüşərək, Vətənə olan eşqini qanı ilə möhürlədi. O, qorxmazlığın, fədakarlığın və rəşadətin canlı siması oldu. Mübariz bir çağırış idi, susğun vicdanlara, yatan ruhlara, unutmağa meyilli yaddaşlara bir səs idi. Onun gedişi bir son deyil, bir başlanğıcdır, əbədi həyatın, ilahi razılığın və Vətənin ucalığının başlanğıcı. Bu torpağın hər daşında, hər ağacında Mübariz`in adı var. Biz onu heç zaman unutmayacağıq. Çünki Mübariz unudulmaz bir hekayənin adıdır , igidliyin, vətən sevgisinin və şəhidliyin zirvəsində yazılan müqəddəs bir ad. Onun ruhu bu xalqın alnında bir şəfəq kimi parlayacağ
nadir insan sözün əsl mənasında təcəssümü, az-az rast gəlinən şəxsiyyətdir ki, onun həyatı və fəaliyyəti həm vətənə, həm də insanlığa olan dərin bağlılığla doludur., O, yalnız yüksək hərbi peşəkarlığı, cəsarəti və fədakarlığı ilə deyil, həm də mənəvi keyfiyyətləri, prinsipiallığı və vicdanı ilə seçilən insanlardan idi., Polad Həşimov`un həyat yolu və şəhidliyi Azərbaycan xalqının yaddaşında əbədi qalacağ bir örnəkdir. O, öz vətəninə sonsuz məhəbbət və sədaqət ilə xidmət etmiş, qarşısına qoyduğu məqsədlərə çatmağ üçün heç vaxt geri çəkilməmişdir. Onun mərdliyi, soyuğqanlılığı və məsuliyyəti, həmçinin insani dəyərlərə sadiqliyi həm hərbi yoldaşları, həm də xalq arasında böyük hörmət və məhəbbət qazanmasına səbəb olmuşdur.. Polad Həşimovun əzmkarlığı və fədakarlığı yalnız onun dövrünü deyil, gələcək nəsilləri də ilhamlandırır. Onun həyatında və döyüş meydanında göstərdiyi igidlik bir yerdə vətən sevgisi ilə bərabər Azərbaycan üçün nadir insan kimi əbədiləşmişdir
1. Evlənəcək xanımı düz seçməlidir. Nənə/baba, ana/ata təkidiylə evləndirilməməlidir. Xanımı gözəlliyinə, nəsil nəcabətinə, malı və inancına görə seçməlidir. İnancı sabah fərqli görüşə sahib olsalar araya kin və nifrət olmaması üçün ən başlıca amillərdəndi. 2. Kişi, ailə və uşaqlarının maariflənməsində əsas pay sahibidi. 3. Kişi ailəsini hər növ çirkinliklərdən qorumalıdır. İstər tv istər net üzərindən gələn bütün əxlaqa zidd olan hər şeydən uzaq tutmalıdır. 4.Kişi ailədə verdiyi sözü tutmalıdır. Əksi təqdirdə sevgi, etibar və güvəni itirmiş olar. 5. Ailənin maddi və mənəvi ehtiyaclarını ödəməlidir. Gücü çatmadıqda bunu ailəyə izah etməlidir. 6. Halal qida. Bu ən önəmli məsələlərdəndi. 7. Kişi xanımına söz verdiyi bütün hər bir şeyi cömərdliklə yerinə yetirməlidir. 8. Kişi çöldə də evinə bağlı olmalıdır. 9. Evdə uşağlarının tərbiyə və təhsiliylə məşqul olan xanımıyla xoş keçinib, daim gülərüz olmalı, qaba, sərt, asıq üzlü olmamalıdır. 10. Evdən xaricdə baş verən problemlərdən ev əhlini uzaq tutmalıdır..
Aramızda biraz yaşlı olanlar və ya öncəki onillikləri maraqlananlar ailələrdə və ortamda xüsusi adətləri, ənənələri görüb eşidiblər. Bəziləmizin yaşı çatmasa da bəzlirəmizin uşaqlıq illərinə təsadüf edib. Məsələn: Gəlin qaynata yanında başını açmazdı. Hətta bəzi bölgələrdə ağzını belə baş örtüyünün müəyyən hissəsi ilə örtərdi. Oğul ata yanında övladını danışdırmazdı. Oğul ata yanında üzünü qırxmazdı. O vaxtın kişiləri öz xala və bibilərinin qarşısına papaqsız çıxmazdı. Kəndlərdə yaşlılar cəm olan yerlərdə daha cavanlar özlərindən böyüklər üçün nalça (kiçik döşəkcə) gətirərdi. Qonşu qadınlar bir evə yığılanda evin kişisi evi tərk edərdi.
Bərabərlik hər kəsə bərabər davranmaq, ədalət isə haqq sahibinin haqqını gözləməkdir. Məs: Bir kişinin 4 övladı var. O övladlardan birinin ayaqları yoxdu, biri kordu, biri çox zəifdi, biri də kamildir, mənfi tərəfi yoxdur. Ata, hər 4 övladına gün ərzində hər biriniz evə 30 AZN gətirəcəksiz demiş olsa, övladlar arasında bərabər davranmış olar. Amma ədalətli davranmış sayılmaz. Çünki övladlardan biri çox zəif, digədi kor, digərinin də ayaqları yoxdur
Cinlərin var olması quranda var Əzzariyat surəsində səhf etmirəmsə 51 çi ayə olmalıdı Allah deyir mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdim. Bu ayə həm cinlərin varlığına dəlildir həmdə sirf tövhid ayəsidir Allah deyir yalnız mənə ibadət etsinlər deyə yaratdım.
Sadəcə cinlər insanlardan uzaq yaşayir insanların daha az olduqları yerlərdə yaşayırlar mənim babam danişirdi bizim kəntdə neçə dəfə cin görüblər hətta cin tutan adamlarda olub bunlar faktdır
Sadəcə cinlər insanlardan uzaq yaşayir insanların daha az olduqları yerlərdə yaşayırlar mənim babam danişirdi bizim kəntdə neçə dəfə cin görüblər hətta cin tutan adamlarda olub bunlar faktdır
Gözəl bir hind pritçası var. Pişiklərdən qorxduğu üçün həmişə narahat və kədərli olan siçan haqdadır. Günlərin bir günü bir cadugərin siçana yazığı gəlir və onu pişiyə çevirir. Bu pişik itlərdən qorxmağa başlayır. Cadugər onu pələngə çevirir. Fəqət pələng ovçuları görəndə qorxudan tük salır. Cadugər baxır ki, nə edir-etsin, siçan qorxularını yenə bilməyəcək. - Sən qorxağın birisən, - pələngə deyir. - Dönüb yenidən siçan ol! Səndə siçan ürəyi var. Səninçün etdiklərimin hamısı boş və mənasız imiş ...
17 yaş, İnsan qəlbi arzularla çırpınan., xəyallarla nəfəs alan o yaş, Dünya sanki hər şeyə yenidən başlamış kimi görünür., Hər təbəssüm ilk dəfədir, hər addım sanki bir kəşfdir., 17 yaş həm uşaqlığın səmimiyyəti, həm də böyüklük yolunda addım atan bir yolçuluğdur., Sən mənim üçün elə o yolçuluğun özüsən., Hər anı həm həssas, həm də güclü olan.., Saf gülüşün, içimdəki baharın səsi, sabaha olan inamım, ruhumun işığı., hamısı sənlə doludur. Sən mənim 17 yaşımsan., uşağlığın məsumluğu ilə gəncliyin həyəcanı arasında qovuşan möcüzəsən., 17 yaş insan ömründə bir dəfə yaşanır, amma sən varsan deyə bu yaş mənim üçün əbədiləşir, heç vaxt dəyişmir., Sən içimdəki baharı daşıyan çiçək kimisən., heç vaxt solmayan, daim yenilənən., Bilirsən mi., 17 yaş bir daha geri dönməz, amma sənin varlığınla mənim içimdə o yaş heç vaxt qocalmır
Peşmanlıqlardan sonra deyərdim... Başqalarının yazdığı ssenarinin ifasında heç bir qazancının olmadığını, artıq yaşın (30+) olduğun görəndə... Dönüb baxır və düşünür.. Ömrümün ən gözəl çağları getdi *Nə yaşadım? Nə qazandım? Hansı xoş xatirələrim , özüm üçün etdiyim yaşadığım gözəlliklər var..?
bu,insan zehninin ən maraqlı və sirli bacarıqlarından biridir.Bəzən görmədiyimiz biri bizə bir hiss yaşadır: maraq,həsrət,sevgi,qorxu.Bu duyğular həmin şəxsin real olub-olmamasından asılı deyil.Görmədiyin birini düşünmək,varlıq və yoxluq arasındakı sərhədi sorğulamaq kimidir.Birini düşünmək onun varlığını müəyyən qədər hiss etmək deməkdir.Bu,Platonun ideyalar dünyasına bənzəyir fiziki olaraq görməsək də,düşüncədə mövcuddur.
Bu söz böyük sözdü. Hansı ölkəyə getsən görəcəksən ki, camaat necə yaşayırsa, beyni də elə işləyir. Məsələn, almanlar – qanuna, qaydaya dəhşət bağlıdılar. Onlara görə qaydaya əməl eləsən, problem də olmaz. Elə bu düşüncəni də nəsildən-nəslə ötürürlər.
Tutaq ki, piyada zolağından keçirsən, bilirsən ki, maşın sənə yol verməlidi. Amma maşın nəinki yol vermir, əksinə sürəti artır ki, səndən qabaq keçsin. Avropada belə vəziyyətdə həm söyüşünü eşidərsən, həm də arxanca daş atarlar – çünki sənin qayda pozmağın qanuna görə cinayətdi.
Amma bizdə? Burda nəinki səsini çıxartmayacaqsan, hətta yol verməli olan sürücüyə arxadan söysən, adam maşını saxlayıb, qolda güclüdürsə səni döyər.
Sonra həmin döyülən adam bir gün maşın alar. Və əvvəllər başına gələn hər şeyi özü piyadalara eləməyə başlayar. Çünki ədalət sistemi onu əzib, kasıblığına görə haqqını tapdalayıb. O da pullu olanda, bu dəfə kasıba eyni münasibəti göstərir.
Qısası, camaatın içində gəzirəm, görürəm ki, hamının “xilas planı” pul tapmaqdı. Çünki bu ölkədə pulu olan heç bir qanunu vecinə almır. Pulsuz qalan isə həmişə altda əzilir.
Tutaq ki, piyada zolağından keçirsən, bilirsən ki, maşın sənə yol verməlidi. Amma maşın nəinki yol vermir, əksinə sürəti artır ki, səndən qabaq keçsin. Avropada belə vəziyyətdə həm söyüşünü eşidərsən, həm də arxanca daş atarlar – çünki sənin qayda pozmağın qanuna görə cinayətdi.
Amma bizdə? Burda nəinki səsini çıxartmayacaqsan, hətta yol verməli olan sürücüyə arxadan söysən, adam maşını saxlayıb, qolda güclüdürsə səni döyər.
Sonra həmin döyülən adam bir gün maşın alar. Və əvvəllər başına gələn hər şeyi özü piyadalara eləməyə başlayar. Çünki ədalət sistemi onu əzib, kasıblığına görə haqqını tapdalayıb. O da pullu olanda, bu dəfə kasıba eyni münasibəti göstərir.
Qısası, camaatın içində gəzirəm, görürəm ki, hamının “xilas planı” pul tapmaqdı. Çünki bu ölkədə pulu olan heç bir qanunu vecinə almır. Pulsuz qalan isə həmişə altda əzilir.