Azərbaycanda qumar məsələsi elə-belə mövzu deyil. qanuna görə qumar oyunları yalnız dövlətin icazə verdiyi (lisenziyalı) hallarda mümkündür. qalan hər şey – yeraltı kazinolar, gizli mərc oyunları, telegram/veb saytlar üzərindən oynanan qumarlar – qanunsuz sayılır.

qanunsuz qumar həm təşkil edənə, həm də oynayana problem yaradır.
oynayan şəxs belə məsuliyyətdən yayınmır.

nə baş verir?

qanunsuz qumarda iştirak edən adama inzibati cərimə yazıla bilər
cərimə məbləği adətən bir neçə yüz manat olur
oyun zamanı istifadə olunan pul və əşyalar müsadirə edilir
təşkilatçılar üçün isə iş daha ciddidir: iri cərimələr, ictimai işlər, hətta həbs


onlayn qumar da fərqli deyil
“sayt xaricidir”, “vpn-lə girirəm” kimi bəhanələr işə yaramır. qanunsuz onlayn qumar oynamaq da eyni qaydada məsuliyyət yaradır. üstəlik kart məlumatlarının oğurlanması, dələduzluq riski də cabası.

qanuni olan nədir?

yalnız lisenziyalı lotereyalar
dövlətin icazə verdiyi idman mərc oyunları


qalan hər şey riskdir – həm cibə, həm də qanuna görə.

qısaca desək:
“bir az oynadım, nə olacaq ki” deyənlərin axırı çox vaxt cərimə peşmançılıq olur.
Adətən fərqlilik, tərsliyə getmək və ya şəxsi rahatlıqla bağlı bir vərdişdir.

Ümumi qaydaya görə sağ əlli insanlar saatı sol qola taxır ki, dominant əl daha sərbəst olsun. Amma saatı sağ qola taxanlar haqqında cəmiyyətdə belə yozumlar var:

Solaxaylıq – solaxay insanlar üçün bu daha rahatdır.

Qaydaya getməmək” – bəziləri bunu bilərəkdən edir, fərqli görünmək üçün.

Rahatlıq məsələsi – yazı yazanda, işləyəndə saat mane olmasın deyə.

Psixoloji yozumlar – bəziləri bunu “öz bildiyini edən”, “standart düşünməyən” insan kimi şərh edir (amma bu elmi fakt deyil).


Qısası, saatı sağ qola taxmaq nə ayıbdır, nə də xüsusi məna daşımaq məcburiyyətindədir. Kim necə rahatdırsa, elə də taxır. Bu əslində boş söhbətdir.
Pakistanın Baş naziri Şahbaz Şərif Aşqabadda Rusiya Prezidenti Vladmir Putinlə görüş üçün 40 dəqiqə gözləyib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Pakistan baş naziri gözlədiyi vaxt Rusiya lideri Ərdoğan və Japarovla görüşə gedib.

Şahbaz Şərif isə 40 dəqiqə gözləyəndən sonra gözlənilmədən və icazəsiz Türkiyə, Rusiya və Qırğızıstan prezidentlərinin görüşünə qatılıb.

Qeyd edək ki, görüş Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumu çərçivəsində baş tutub.
Rəqsanə həbsxanada 3 aya 300 kitab oxuyub. Hələ bu azmış kimi özü də 1 kitab yazıb. Bu qız moşennikliyindən əl çəkmədi də))
Və bu 300 kitabın içində Tövrat, İncil, Quran, hətta Bibliya vardır. 300÷90=3,3. Günə tam 3 kitab və 1 kitabın 1/3-i düşür. Tövrat, İncil, Quran, Bibliya kimi hər kəsin anlaya bilməyəcəyi bu qəliz və dərin kitablar Rəkişin gün ərzində oxuduğu 3,3 kitabdan biridir.
erektil disfunksiyanın (cinsi zəiflik) müalicəsində ən çox istifadə olunan aktiv maddələrdən biridir. Ən tanınmış ticarət adı Viagra-dır, lakin başqa adlarla da mövcuddur. Bundan əlavə, sildenafil bəzi hallarda ağciyər arteriya hipertenziyası kimi ürək-ağciyər təzyiqi ilə bağlı xəstəliklərin müalicəsində də istifadə olunur
ruh sağlamlığı yerində olan normal bir insan səhər hava işıqlaşmamış durub idman etməz. iş vaxtı ilə çalışan adamın beynində belə bir fikrin yaranması da bir az mümkünsüzdür.

bugünün dünyasında səhər idmanı hamının edə biləcəyi bir şey yox — daha çox imkanlılığın, vaxt bolluğunun və azacıq da ərköyünlüyün göstəricisidir. bunun altında da yaxşıca bir təkəbbür yatır.

səhər idman edənlər gün boyu özlərini guya super sağlam və super disiplinli göstərirlər, instagrama da saat 07:00-da story atıb sanki şəhəri fəth ediblərmiş kimi pozlar verirlər. adam daha yatmağa çalışır, telefonu götürür-götürməz bu story-lərlə qarşılaşır

ofisdə belə tiplər varsa, “səhər idmanı məni bütün gün diri saxlayır” sözlərinin yalan olduğunu günortaya doğru gözlərinin altındakı morluqdan rahat görmək olur.

yəni, uzun sözün qısası: səhər idmanı mövzusu çox vaxt sağlamlıqdan çox, sadəcə özündənrazılıq və görüntü göstərmək istəyidir.
Cəmiyyətdə passiv, gücsüz və ortamda öz ağırlığını qoya bilməyən kişilər çox vaxt qadınlar tərəfindən cəlbedici hesab olunmur. Bunun səbəbi həm sosial rollar, həm də insanın təkamül yönümləridir. Boyu 1.60, çəkisi 50 kilo olan bir kişinin qadın gözündə dəyəri demək olar ki sıfır olur. Kişilərin qadın seçimində isə ilk gözləntiləri gözəllikdir. Bir kişinin bir qadınla maraqlana bilməsi üçün bu testi keçməsi şərtdir.

Gombul bir qadının bir kişinin gözünə estetik və cazibədar görünməsi təbiət etibarilə çətindir. Yəni bir qadın üçün 1.60 boyunda arıq bir kişi nə qədər anlam ifadə edirsə, kişi üçün də kök qadın eyni dəyəri ifadə edir.

Amma buna baxmayaraq bəzi kişilərin gombul və ya kök qadınlarla birlikdə olduqlarını görürük. Bəs bunun səbəbləri nədir?

1. Kişi qadınlar mövzusunda uğursuzdur.
Öz dengi olan qadınlarla flört bacarığı olmadığı üçün gombul qadınlardan daha yüksək ehtimalla müsbət cavab alacağını düşünür. Buna görə də şansını kök qadınlardan yana istifadə edir və boş qalacağına — gombul da olsa — bir qadınla birlikdə olmağı seçir.

2. “Yatırım” etməyə çalışır.
Birlikdə olduğu gombul qadını zamanla arıqladacağını düşünür. Amma çox vaxt nəticə əksinə olur: qadını arıqlatmaq əvəzinə kişi də kökəlir və cütlük bir-birinə “uyğunlaşır”. Çünki yeməyi sevən bir insanı dayandırmaq çətindir.

3. Kişinin maddi vəziyyətinin zəif olması.

– Var­­lı cütlüklərdə kişi kök, qadın arıqdır.
– Kasıb cütlüklərdə kişi arıq, qadın kökdir.

Maddi baxımdan zəif olan kişi artıq “qüsurlu” sayılır və onu ancaq qüsurlu qadın qəbul edə bilər. Buna görə kasıb kişi ilə gombul qadının evliliyi geniş yayılıb. Kişi qadını saxlamaq üçün çalışdıqca, qadın da xəmir işləri yeməkdən daha da gombullaşır.

4. Kişinin cinsi fantaziyaları.
Dünyada ən qəribə zövqlər mövcud olduğuna görə, əlbəttə ki, gombul qadını daha cazibədar tapan kişilər də var. Bu da səbəb ola bilər.

Dördüncü istisnanı çıxsaq, ümumilikdə bir kişinin kök və ya gombul qadınla birlikdə olma səbəbi çox vaxt məcburiyyət kimi görünür.

Məcburiyyətlərə məcbur qalmayın.

Arıq və fit qadın sağlamdır, daha balanslı həyat deməkdir. Gombul qadınlar da seçilmədiklərini gördükdə arıqlamağa meyilli olur və həm sağlam həyat qazanır, həm də məcbur qaldığı biri ilə evlənmək məcburiyətində olmur.
Çoxlu alkoqolik insanın həyatına şahid olmuşam.

1. Alkoqoldan sapsarı olmuş birini gördüm, bir neçə gün sonra vəfat etdi və bu hadisə məni çox qorxutdu. Adam tanıdığım biri deyildi, sadəcə müştəri idi.

2. Alkoqol şüşədə dayandığı kimi deyil, nə etdirəcəyi bilinmir — başqası ilə bir yerdə ola bilər, şiddət göstərə bilər.

3. Bir də başqasının yanında içib özünü biabır edirsə… Aman aman. Bir düşünün: siz yoxkən başqaları ilə içir, sərxoş olur, insanların içində alt paltarını çıxarır, evə dönəcək pulu qalmır, başqaları onu sürüyə-sürüyə evə gətirir və ya gətirmir, orda biabır olur.

4. Ümumi danışmaq istəmirəm, istisnalar var əlbəttə, amma belə insanların uşaqları da çox böyük ehtimalla onlara bənzəyəcək.

5. Onun içkiyə verəcəyi pulla faydalı şeylər edə bilərdiniz.

6. Leş kimi qoxar, maşın sürə bilməz, insan kimi söhbət edə bilməzsiniz. Ya da “necə gözəl danışdıq” deyərsiniz, ertəsi gün bir görərsiniz, hamısını unudub. Mənim atam mənə şiddət göstərirdi, ertəsi səhər unudardı, hətta inkar edərdi.

7. Uzun müddət istifadə etmək ümumilikdə sağlamlığı korlayır. Necə uşaq sahibi olacaqsan? Təəssüf ki, uşağa da zərərləri var, özünə də.
bomba kimi futbola sahib ölkə. Təbii ki, qadınları da “gözəl, seksi”. Ailəmizdən birinin vaxtilə olduğu yer — yemək qiymətləri olduqca münasib idi, amma dadları üçün eyni şeyi deyə bilməmişdi.
İsti mi isti, Afrikadan insanların da xeyli gəlib-getdiyi bir yer. Mən əvvəllər seriallarını da çox sevirdim, mahnıları da gözəl olur, rəqsləri də.
Okeanın sahilində, daha nə olsun.
arxasıyca dedi-qodu etməyin, qulağına gedər Allah eləməsin.
Uşaqlıqda belə birinin qeybətini etmişdim ən yaxın rəfiqəmlə, xəbəri olmuşdu…

Bir gün evə gedərkən ard-arda, sıra-sıra mənə mesajlar gəlməyə başladı. Guya mən onun haqqında necə danışmışam da, nələr demişəm də… Uzun-uzadı mənə pis pis söydü. SMS-lər bir-bir gəlirdi, bu nə hirsi, bu nə əzmi…

Təbii ki, qeybət etmək yanlışdır, amma bu Əqrəb qadını mənim həyatımı demək olar ki, qaraldacaqdı. Ona görə də onunla dostluq qurmağa çalışan ən yaxın rəfiqəmi xəbərdar etməyə çalışmışdım ki, “onun xarakteri dəyişməz, mənə pis davrandı, sənə də acımaz”. Hətta əvvəllər ona da pis davrandığını demişdi, amma dəyişdiyini zənn edibmiş.
Dili çox kəskin idi, bir çox adamı təkcə dili ilə incidib ağlatmışdı.
Qara dənizin sahilində, Krasnodar diyarında yerləşən, Rusiyanın ən strateji liman şəhərlərindən biri. Şəhər elə bil dağların arasına sıxışıb, qarşısında da geniş Tsemes körfəzi açılır. Hava çox vaxt küləkli olur, xüsusən də məşhur “bora” küləyi şəhərin simvollarından biridir — elə əsir ki, adamın fikrini belə uçurur.

Novorossiysk təkcə görünüşü ilə yox, iqtisadi əhəmiyyəti ilə də önə çıxır. Rusiya üçün ən böyük dəniz ticarət qapılarından biridir: neft, taxıl, metal, konteyner — hamısı buradan gedib-gəlir. Liman şəhərin ürəyi kimidir, hər şey onun ətrafında fırlanır.

Tarixinə baxanda, 1838-ci ildə hərbi qala kimi yaranıb, II Dünya Müharibəsində isə ciddi döyüşlərin mərkəzi olub. “Malaya Zemlya” əməliyyatı burada gedib və şəhərin taleyini dəyişib.

Turist gözü ilə baxanda isə burada həm dəniz var, həm dağ, həm də sovet dövründən qalma memorial komplekslər. Gelendjik, Anapa kimi kurortlara yaxınlığı da üstünlükdür.

Qısası, Novorossiysk — sənayesi güclü, tarixi ağır, küləyi sərt, limanı isə müasir Rusiyanın ən hərəkətli nöqtələrindən biri olan sahil şəhəridir.
Məna: bir şeyin mənfi cəhəti, çətinliyi, əlverişsiz tərəfi.

İstifadəsi:
Çox ağıllı olmanın dezavantajları vardır.
Yeni qanun bəzi şirkətlər üçün dezavantajlı vəziyyət yarada bilər.


Sinonimlər: mənfi cəhət, əksiklik, çətinlik, əlverişsiz tərəf.