2 ildi bitirməyimə baxmayaraq arada bir yuxularıma girir. Görürəm ki, əsgər gedirəm ikinci dəfə. Dik atılıb ayılıram tər su içində. Şükr edirəm ki, yuxu imiş
Əsgərlikdə olanda təzə bölük komandirimiz kazarmaya girib soruşdu ki ali təhsilli kim var qalxdım dedim ki, mən cənab kapitan. Dedi ki, onda içəridəki kravatları say de mənə
1.Qalx komandası verilməmiş durub üzünü Qırx.
2. Kiminsə kimləsə zarafatına gülmə. Çünki onlar arasındadı ( hələkidə gənc əsgərsənsə )
3. Naryada çıxanda NY ( Naryad yoxlamalar ) ehtiyatlı ol. ( hələkidə qış vaxtı çox olur )
4. Heçkimlə dirəşmə , çünki axırda sən pis olursan . Sakit və təmkinli ol.
5. Kiteldə pu saxlama . ( ən yaxşısı Balış içidi )
6. Kazarmaya Batinkaynan girmə.
7. HƏR GİZİRƏ DAVERYA YOXDU
8. ZABİTİN GÜLÜŞÜ = QIŞIN GÜNƏŞİ
9. Hər yerə daxil olarkən qapını döy
10. Özünü Qoru !
axşam gəzintisi dedikdə ancaq hərbi xidmətdəki gəzinti yadıma düşür ə.Gənc əsgər olan zaman axşam gəzintisini ilk dəfə eşitdikdə o qədər sevinmişdik ki,elə bilirdik tam sərbəstlik veriləcək.Ancaq həmin günü gördük ki,axşam gəzintisi marş ilə mahnı oxuyub vaxtı və enerjini öldürmək imiş