27 Sentyabr – Vətən müharibəsinin başladığı gündür.
Bu tarix həm hüzn, həm də qürur günüdür.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Aşağıda şəhidlərimizə, Qarabağ müharibəsinə həsr olunmuş seçilmiş şeirlərdən parçalar:


Bəxtiyar Vahabzadə – “Şəhidlər”

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Nicat İsmayılov – “Sənə Zəfər yaraşır”

Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

Qarabağ Azərbaycandır,
Biz Zəfər qazanmışıq.


O GÜN ŞEİRİ – Zaur Ustac

Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…