özlərinin "xüsusi" və ya"seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir.
(ayrıca bax: empatiya hissi)
Narsist insanların ən sərt cəhəti empatiya çatışmazlığı və manipulyasiya bacarığıdır. Onlar başqalarının hisslərinə laqeyddir, tənqidə dözümsüzdür və həmişə üstün olmağa çalışırlar. İnsanları idarə etmək üçün yalan, emosional istismar və günahlandırmadan istifadə edirlər.
Narsisizm elə bir vəziyyətdir ki, insan özünü dünyanın mərkəzi kimi görür. Hər söhbətdə "mən" önə çıxır, hər mövzuda üstün olduğunu sübut etməyə çalışır. Amma bu qədər özünü bəyənmək bəzən real həyatda çox gülünc vəziyyətlərə səbəb olur. Balans olmadan narsisizmin sonu yalnız tək qalmaqdır. Özünə güvən pis deyil, amma həddi aşmaq başqalarını uzaqlaşdırır. İnsanı gözəl edən, həm özünü sevib, həm də ətrafına dəyər verməyi bacarmasıdır.
Hər kəs narsistin qarşısındakına nələr edəcəyindən danışıb, bəs bir narsist necə yerle bir edilir?
Ona tamamilə ona aid olduğunuzu hiss etdirdikdən sonra, bütün o duyğu dalğalanmaları arasında vəziyyəti dərk edə bilsəniz və o sizdən “sən nə istəyirsən, onu etməyə hazıram” sözünü gözləyərkən, siz “mən oynamıram, sən pisinsən və bu diqqəti haqq etmirsən” deyə bilsəniz — xüsusilə bunu dağıdıcı və vecsiz şəkildə edə bilsəniz — onu yıxarsınız.