Mən evlənəndən dərhal sonra, dünyaya uşaq gətirmək istəmirəm. Bu fikir başda partnyorum və bir çox insan tərəfindən birmənalı qarşılanmaya bilər. Lakin mənim düşüncəmə əsasən, iki insan evliliyi evliykən daha yaxşı anlayır. Biz nə qədər də deyə bilərik "mən evliliyi dərk edirəm, tam məsuliyyətli şəkildə" filan. Amma insan evlənənə kimi, evliliyi tam olaraq anlamır. Fikrimcə də, evliliyi tam dərk edib, evliliyi 2 nəfər olaraq bir müddət davam etdirib. Evliliyin dadını çıxarıb, daha sonra valideyinlik məsuliyyətini almalıdırlar. Şəxsən mən valideyin olmağa tam hazır deyiləm. Lakin bu mənim evliliyimə əngəl deyil.
Çünki valideyin olmaq ağır bir məsuliyyətdir, hər kəs dünyaya bir yolla uşaq gətirə bilər. Amma hər kəs ana/ata ola bilməz. Təəssüf ki, bizim cəmiyyətdə bəhs etdiyim fikirlər birmənalı qarşılanmır. İnsanlar öyrəşib evləndikdən 1 ay sonra hamiləlik xəbərini alamağa.
Bu qərar həyatın ən vacib dönüm nöqtələrindən biridir, çünki bir insanın həyatını formalaşdırmaq və ona sevgi, qayğı, təhsil vermək öhdəliyi ilə gəlir.

Uşaq sahibi olmaq üçün maddi, emosional və psixoloji hazırlıq vacibdir. Hər bir valideyn öz uşağına sağlam və sevgi dolu bir mühit təmin etməyə çalışmalıdır. Amma bu qərar yalnız cəmiyyətin gözləntilərinə uyğun deyil, şəxsi arzulara və həyat şəraitinə əsaslanmalıdır.