İnsanlar hələ dövlət yox ikən sürü və icma halında yaşayarkən bir yerdə barınır, bir yerdə qorunur, bir yerdə ovlanır, bir yerdə qidalanırdılar. İcmanın hər bir fərdi icmanın həyatında vəzifə borcları daşıdığı kimi haqlara da sahib idi. Məsələn, bir ov edildisə, onun da haqqı var idi ki, buradan payını alsın. Heç kim ona demirdi ki, yox sənə olmaz! Dövlət də yox idi. Bəs bu haqq necə işləyirdi? Bax həmin bu mexanizmə təbii hüquqlar üzərində ictimai müqavilə idi. Mən ictimai müqavilə nəzəriyəsi deyilən bir şey fəlsəfədə olduğunu bilmirdim. Amma qədim insanların həyat tərzi, yaşama şərtlərini analiz edəndə başa düşürdüm ki, dövlət olmadığı halda insanlar arasında onların haqlarını tanıyan və idarə edən bir sistem var idi, hər şey heç də başlı-başına deyildi. Deməli, beləliklə də hüquq dövlətdən əvvəl yaranmışdı. Dövlətə qədər də çünki cəmiyyət var idi, icma var idi... Belə.
hüquq dövlət yaranmazdan əvvəl mövcud olub. İnsanlar təbii olaraq müəyyən hüquqlara malikdirlər (məsələn, yaşamaq, mülkiyyət hüququ və s.). Dövlət yalnız bu hüquqları qorumaq üçün sonradan formalaşıb.