Nə qədər uzağa getsən də, özündən qaça bilməyəcəksən. çamadanda həmişə eyni şeylər, içində həmişə eyni darlıq. Yol dəyişir, mənzərə dəyişir, amma o ağırlıq həmişə səninlə gəlir
Uzaqlara getmək arzusu həmişə bir qaçış, bir yeni başlanğıc çağırışıdır. Həyat bəzən o qədər darıxdırıcı olur ki, insan hər şeyi atıb başqa bir yerlərdə azad nəfəs almaq istəyir. Amma məsələ uzaqlara getməkdə deyil, o uzaqlarda həqiqətən özünü tapa bilməkdədir. Yoxsa yeni yerlərdə köhnə dərd-qəm daşımış olarsan.
uzaqlara getmək arzusu insanın içində bir az daima qaçmaq, yenilik axtarmaq deməkdi. bəzən eyni yerdən, eyni insanlardan, eyni həyatdan sıxılırıq. uzaq yerlər fikirdə azadlıq, yeni macəralar, yeni başlanğıclar gətirir. amma bəzən də o uzaq getmək istəyin özündə bir təkliyin işarəsi olur.