Bugün bir dostumla bir neçə dəqiqəlik söhbət elədik. Mənə kiçik bir hobbisi haqqında danışdı və necə onu həyatında bir məqsəd olaraq qurduğunu izah etdi. Bu, mənə çox təsir etdi. Kiçik həvəslər, bəzən həyatda ən böyük dəyişikliyi yaradır. İnsan özünü bir şeyə həsr etdikdə, o şeyin həyatda yaratdığı təsir gözlənilməz dərəcədə böyük ola bilər. Həvəslərimiz, həyatımıza mənalar qatır və bizə yeni üfüqlər açır.

Bəlkə də, hər birimiz öz kiçik həvəslərimizi daha çox dəyərləndirməliyik.
Bəzən bir fincan çayla xoşbəxt oluram. Bəzən günəşin işığına baxıb gülümsəyirəm. Hətta yeni alınan bir dəftər belə sevindirə bilir məni.

Hamı böyük şeylərin arxasındadır. Amma xoşbəxtlik kiçik şeylərdə gizlənir. Balaca bir sevinc, böyük bir günü dəyişə bilər.

Həyat o qədər də çətin deyil. Biz çətinləşdiririk. Daha çox istəyirik. Daha çox gözləyirik. Amma unuduruq ki, hər şey bir “çox”la gözəl olmur.

Rəbbim bizə azı da, çoxu da verir. Əsas odur, verilməyəni də qəbul edək. Kiçik həvəslərlə yaşayanların qəlbi daha rahat olur. Çünki onlar hər günə şükür etməyi bacarır.

Bəzən bir gülüş, bir salam, bir isti söz – bütün günü gözəlləşdirir. Hətta bəlkə də bir ömrü.