Biz təbiətlə sülh içində yaşamalıyıq. Dünyadakı bütün canlılara, təbiətə hörmət etməliyik. Bu levelə çata bilsək, qızıl çağımızı yaşaya bilərik.
Sevgi, hörmət hər biri qazanılan duyğulardı. Heç zaman sırf məndən yaşca böyükdür deyə kiməsə hörmət etməyə məcbur etməmişəm özümü. Birinin məndən bir neçə il çox yaşamağı ona hörmət qazandırmaz. Mərhəmət isə tamamilə insani duyğudur. Sırf “öz”ünə yaxşıdır deyə bir insan mərhəmətli sayılmaz. Körpələrə, heyvanlara, uşaqlara davranış mərhəmətinizin əksidir.