Qısa yazmaq olar. Yox, o yox. Yazmaq çətindi.
Təzə trend: 3 dəqiqəlik səsli mesaj.
Sanki podcast başlayır. “Salam, indi sənə hər şeyi danışacam…”
Qarşı tərəf isə: metroda, işdə, ictimai yerdə... dinləyə bilmir.
Və sən o mesajı yazıya çevirmək üçün nə qədər enerji sərf edirsən? Sıfır.
Səsli mesaj göndərmək yazmaqdan rahatdır, amma bəzən qarşı tərəfi çaşdıra bilər. Kimisi cavab verə bilmir, kimisi isə ictimai yerdə dinləyə bilmir. Amma duyğunu daha yaxşı ötürür. Səsin tonu, nəfəs, pauza – hamısı sözlərdən daha çox şey deyə bilər.