tək, amma güclü

“Naxçıvanlıyam” deyən biri özüylə qürur gətirir. Təbiət təmiz, camaat ciddi. Deyimləri də özlərinə bənzər: “Eşitdim, demədim” – yəni söz daşımazlar. Hər şey qaydasında, nizam-intizam tavan. Və bir də... duz, lavaş, balıq konservası – qonaq payı hazırdı.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın materik hissəsindən ayrılmış vəziyyətdə yerləşir. Bu coğrafi təcrid bölgənin iqtisadi, sosial və siyasi vəziyyətinə təsir göstərmişdir. Lakin strateji mövqeyi və sərhəd qonşuluqları sayəsində Naxçıvan bu gün də Azərbaycanın vacib regionlarından biri hesab olunur.