Hər şeyə hazır iki qonşu – həm müharibəyə, həm də danışıqlara. Atom bombası var, amma içərdə su yoxdur. Düşmənçilik o qədər köhnədir ki, artıq miras kimi ötürülür.
(ayrıca bax: kəşmir problemi)
⚡️Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər.

İslamabad Nyu-Delhi ilə bütün ikitərəfli sazişlərin fəaliyyətini dayandırıb.

Söhbət Pakistan və Hindistan vətəndaşlarının bir-birinin ərazilərindən çıxarılması, hava məkanının bağlanması və digər qarşılıqlı tədbirlərdən gedir.

Hindistan Pakistanı Hind çayının su axınını dəyişdirməyə hədələyib.

Pakistan Hindistanın Hind çayı hövzəsi ilə su axınını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdini “müharibə aktı” kimi qiymətləndirdiyini açıqlayıb.

Rəsmi açıqlamada vurğulanır ki, Hind çayının suları Pakistanın 240 milyonluq əhalisi üçün həyati əhəmiyyət daşıyır və bu sudan istifadə hüququ istənilən qiymətə qorunacaq.

✅ t.me/shedevrplus