Bəziləri üçün bu, sadəcə bir oyun deyil bu, həyatda qalmaq üçün instinktlərin, sürətin və taktikaların bir araya gəldiyi real sınaqdır.

Paraşütlə enib torpağa düşəndə artıq seçim yoxdu, ya sonuncu qalacaqsan, ya da lobbi ekranına qayıdacaqsan. Əgər komanda ilə oynayırsansa, dostlarınla birlikdə plan qurub hər kəsi məhv etmək başqa bir zövqdür. Əgər solo oynayırsansa, səssizcə pusqu qurmaq və tam vaxtında hücum etməyi bacarmaq həyati vacibdir.

Gecələr "sadəcə bir oyun" deyib başlayırsan, amma bir də baxırsan ki, səhər açılıb, telefon isə isti olub.