Çünki ölməmişdən əvvəl yaşayacaq çox şey var. Bəlkə bir səhər qəhvəni içərkən bir mahnı gözlərini yaşladacaq, bəlkə küçədə gedərkən kimsə sənə gülümsəyəcək, bəlkə də bir gün heç nə gözləmədən kimisə sevəcəksən. Sonu bəllidir deyə yolun mənası itməz. Yaşamaq, sonunu bilə-bilə hər gün yenidən cəhd etmək deməkdir.
çoxlarının içindən keçir. amma bəlkə də məsələ son deyil, yolun özüdür. yaşamaq deməkdir sevmək, öyrənmək, hiss eləmək, nələrsə yaratmaq. axırda öləcəyik, bəli. amma o vaxta qədər nə yaşadığımız bizim seçimimizdir.