ing. Lucid Dreaming

Bu, yuxu görərkən yuxuda olduğunun fərqinə varmaq və sonra yuxunu istədiyin kimi idarə etmək bacarığıdır. Bəziləri bu vəziyyətdə uçur, teleport olur, keçmişə gedir, hətta ölmüş biri ilə danışdığını deyir. Beyin tam aktiv olmur, amma şüur bir növ ayıq qalır. Bunu öyrənmək üçün xüsusi texnikalar var. Məsələn, gündəlikdə yuxularını yazmaq, real həyat testi aparmaq (məsələn, barmağını itələyib içindən keçməyə çalışmaq) və s.

İşin maraqlı tərəfi – bu, sadəcə əyləncə deyil. Bəziləri bu üsulla qorxularını məğlub edir, yaradıcılığını artırır və ya stress atır.