Öz şəxsi hekayəsini yaza bilməyən insan, qan bağilə bağlı olduğu keçmişin hekayəsini şişirdərək orada bir qəhrəmanlıq axtarar. Əslində bu, fərdi varlığını qura bilməmiş olmasının gizli bir çırpınışıdır. İnsan özünəməxsus bir kimlik formalaşdıra bilməmişsə, daxili aləmini qidalandıra bilməmişsə, öz uğurları və ya dəyərləri ilə mövcud ola bilməmişsə – aid olduğu irqə müqəddəslik yükləyərək oradakı hazır kimliyə sığınar.

İrqçiliyin ən alt motivasiyası budur, bu qədər sadədir və heç vaxt dərk edilmədiyi üçün də sağaldıla bilməz.