Məncə, dərin dekolteli və həddindən artıq açıq geyimlər qadını sadələşdirir, yəni onu daha sönük və ucuz göstərir. Halbuki mövsümə uyğun, rahat, eyni zamanda insanı narahat etməyən tərzdə geyinmək qadını həm daha zərif, həm də daha asil göstərir.

Əksər kişilər açıq-saçıq geyinmir, belə olarkən qadınlar niyə məcburmuş kimi açıq və bəzən həddindən artıq cəsarətli geyimlər seçsin ki? Bu, cəmiyyətin qadından gözləntisi halına gətirilib, amma bu ədalətli deyil.

Bir başqa tərəfi də bahaçılıqdır. Normal, keyfiyyətli və örtülü geyimlər almaq istədikdə qiymətlər olduqca yüksək olur. Əvəzində "çul-çaput" deyilən, ucuz və daha çox bədən göstərən geyimlər daha əlçatandır. Beləliklə, bəzən bu seçimlər zövqdən çox məcburiyyətdən və ekonomik səbəblərdən qaynaqlanır.