ölümə əcəl ilə gedənlər, ya da intihar edənlərə baxanda içimdə bir qısqanclıq olur. onlar heç nə fikirləşmirlər, heç nə hiss etmirlər. beynin içində yanan cəhənnəmdən uzaqdırlar. sadəcə cansız bədəni ilə oradadırlar. bunu düşünmək belə insanı rahatlaşdırır.

gün gəlir, hər gün özünü ağıllı, gözəl, hər şeydən üstün hesab edən o canlıların üzünə baxmırsan. onlar özlərini iki əzələnin təsadüfən birləşməsi kimi yaranmış bilmir, yaxud bilməyib gözəl olduqlarını dərk eləmirlər.

intihar edənlərin üzərinə "zəifdi, iradəsizdi" kimi ləqəblər yapışdırırlar. haqlı deyillər. bizim kimi varlıqlar bu həyatda sürünürkən, intihar edənlər sadəcə öz yollarını tapıb getmiş olurlar.

dünyaya gəlib-gəlməmək bizim seçdiyimiz şey deyil, amma getmək seçimi var. bu ən təbii haqqımızdır. "intihar çıxış yolu deyil" deyənlər nə qədər də boş danışır. bəlkə çox vəziyyətdən çıxış yolu intihar deyil, amma o insanları intihardan başqa bütün qapıları bağlayanlar da məhz o "çıxış yolu deyil" deyənlərdir.

ölüm qorxudan yox, cəsarətləndirən şey olmalıdır. çünki çıxış yoludur. sən çıxış yolunu seçsən, ölüm əlindədir. mübarizə aparmaq istəsən belə, sənin qaçınılmaz sonundur.