Problem - istəmədiyin halda səni böyüdən tək şeydir, məncə. Çünki insan acı çəkəndə maskasız qalır, özünü ən çılpaq halıyla görür. Kim yanındadır, kim qaçır, nəyə dözə bilirsən, harada tıxanırsan — hamısı o anlarda aydın olur.

Problem yaşamaq səni daha diqqətli edir. Daha sadə, az danışan, çox anlayan birinə çevirir. Sındığın yerdən ya daha yumşaq biri çıxır, ya da tam sərtləşmiş, qabıq bağlamış biri. Amma dəyişirsən — bu, qaçılmazdır.

Problemdən əvvəlki halın üçün nə qədər darıxsan da, artıq ora dönə bilməyəcəyini də bilirsən.