Yovşandan çıxan efir yağı maddəsi. Ən çox adı absintlə bir yerdə çəkilir. Uzun illər “uçuran”, “halüsinasiyaya salan” gücün mənbəyi kimi təqdim olunub. Əslində isə yüksək dozada qıcolma verə bilər, amma indiki absintlərdə o qədər az miqdarda var ki, heç nə eləmir. Hal-hazırda qanunla norması sərt şəkildə məhdudlaşdırılıb. Yəni çoxları sandığı kimi “mistik maddə” deyil, sadəcə absintin marketinqində istifadə olunan adlardan biridir. Əsl uçuşu yenə də spirt verir.
(ayrıca bax: absinthe nədir)
(ayrıca bax: absinthe nədir)