Hara baxırsan hamı ekrana kilidlənib. Yanında adam danışır, amma qulaq səs-küyün içində itib. Çayxanada oturursan – dörd nəfər, dördü də ayrı-ayrı dünyalarda. “Bir dənə də story atım gəlirəm” deyənlər, yeməkdən əvvəl yeməyi yox, şəkilini yeyənlər… Sonra da deyirik ki, niyə darıxırıq, niyə söhbət yoxdur. Çünki söhbəti artıq biz yox, telefon edir.