Novruz bayramına demək olar ki, 2 ay qalıb. İndidən həmin ərəfədə hansı meyvə çətin tapılır? Onu araşdırırsınız. Tutaq ki, qarpız tapdınız ya da ki, ekzotik meyvələr də ola bilər. 1-2 məşhur spritual işlərlə məşğul olan bloggerlərə pul verib deyin ki, video çəksinlər bu meyvə vasitəsilə ər çörəyi yemək haqda. İdea: Qarpızın bir dilimini götürürsünüz, içərisini çərtdəydən təmizləyirsiniz (tam təmiz olmalıdı yoxsa işə yaramayacaq - bunu qeyd edin ki, inandırıcı olsun) , sonra 21 ya 22 mart (onu deyəcəklər hansı tarixdə yaz girəcək) yaz fəsli öz mübarək qədəmlərini ölkəyə qoyan kimi o qarpızı kravatın altına girib arzu tutaraq yeyin və aldım verdim qəbul elədim oldu oldu oldu 777 zad deyin. Vəssalam. 5-6 yerdə qarpızın satışın məntəqələrini qurun. Görün necə milyonçu olursuz. Hələ yanında qarpızın suyunu satmaq da olar üstünə dişi enerji suyu yazsanız sata bilərsiniz ama belə yoxsa çətin kimsə alsın.