Gəzərkən insan əslində təkcə ayaqlarını deyil, başındakı yükləri də hərəkət etdirir. Bu addımlar nəyisə geridə qoyub harasa getməyə çalışmağın ən sadə forması kimi görünür.
Gəzmək əslində düşüncələri bayıra havalandırmaq kimidir. Oturanda boğur, gəzəndə isə bir yol tapıb axır gedir. Bəzən həll tapılmaz, amma içindəki düyün bir az boşalır. Bu da bəs edir.