Niyə bəzi adamlar balacada olsa obyekt açan kimi və ya öz aləmində kiçik uğur qazanan kimi insanlara realda, əsasən də sosial şəbəkələrdə ağızlarına gələn məsləhətləri vermək ehtiyacı duyurlar? Özdə fikir vermişəm dəxli oldu olmadı nə eşidibsə hər şeyi kaşa malaşa edib danışır, təki ağıllı görünsün
Dünyada ən zəhləm gedən şey məcburiyyətdən məsləhət dinləməkdi, ay belə elə, elə elə, ay filankəs belə elədi, bəhmənkəs zad elədi, qız uşağı elə olar, belə olar, zad zud, bla bla bla bla
İlk olaraq öyrənmə və uyğunlaşma qabiliyyəti ağılın ən vacib göstəricisidir. Bəs insan necə öyrənir və necə uyğunlaşır? İnsan yaşantılardan öyrənir. Keçmiş təcrübələrdən dərs çıxarır və bunu qarşısına çıxan yeni vəziyyətlərə tətbiq edir. Ağıl yeni bilikləri və bacarıqları sürətlə qavramağı bacarır.

Bəs insan necə uyğunlaşır? İnsan üçün uyğunlaşmalı olduğu ən önəmli vəziyyət dəyişən şərtlərdir. Ağıllı insan qeyri-müəyyən mühitlərə elastik şəkildə uyğunlaşır və davranışlarını dəyişə bilir.

Öyrənmə və uyğunlaşmadan əlavə olaraq, abstrakt düşünmə və problem həll etmə qabiliyyəti də ağılın digər bir göstəricisidir. Ağıllı insan təkcə konkret vəziyyətlərdə deyil, anlayışlar və simvollar üzərindən də düşünür, əlaqələr qurur. Analiz edir və problemi həll edir. Müxtəlif həll yolları düşünür. Tapdığı həlləri dəyərləndirir və tətbiq edir.

Ağıl, vəziyyətləri məntiqi olaraq analiz edə bilmək bacarığıdır. Bu analizləri səbəb-nəticə əlaqələri quraraq və elmi düşüncə ilə həyata keçirir. Ağıl, diqqəti yayındıran bütün amilləri görməməzliyə vurur, bir məsələyə və ya mövzuya uzun müddət diqqət yetirməyə imkan verir.

Ağıl eyni zamanda başqalarının duyğularını anlamaq, onlarla əlaqə qurmaq və onların baxış bucağını qiymətləndirmək bacarığıdır. Sağlam şəkildə özünü ifadə edə bilmək və stresli vəziyyətlərlə başa çıxa bilmək də mühüm göstəricidir. Yenə ağıl, başqaları ilə effektiv şəkildə ünsiyyət qurmaq, sosial siqnalları oxumaq və uyğun münasibətlər inkişaf etdirmək qabiliyyətidir.

Yaradıcılıq, maraq və öyrənmək istəyi, tənqidi düşüncə isə əlavə üstünlüklərdir.