"Ağlındakı ilə yaşayar,yanındakı ilə ölərsən'"
Mən bu ifadəyə heç qatılmıram.Sənin ağlındakı insan,elə yanındakı da olmalıdır.Birisi sizi yarı yolda qoyubsa,sizində başqasına o hissi tam fərqli şəkildə yaşatmağa haqqınız yoxdur.Sevmirsinizsə ailə həyatı qurmayın,buna məcbur deyilsiniz və sizin övladınız olarsa o sevgi olmayan ailə mühitində böyüməli deyil,təkcə özünüzü mərkəzə qoymağı buraxın.Yaşa görə ani qərarlar verməyin,heç bir əhəmiyyət daşımır sadəcə iki rəqəmdən ibarətdir. Başqalarının təzyiqi altın da dönüşü olmayan döngələrə girməyin.Bir dəfə hisslərinizi yanlış insana hədər etmisinizsə,bu yenidən aşiq olmayacağınız anlamına gəlmir.Olmamısınızsa da başqasının həyatına"kölgə"olmayın.Bəzi şeyləri sadəcə bir dəfə yaşamaq haqqımız olur,müdaxilə etməyin buna.Sizdə sevin-sevilin.Həyat davam edir,çalışın...
"Qəlbinizə qoya bilmədiyinizi,yanınıza qoymayın"
Bəzən qarşına çıxan əks cins o qədər sənə uyğun görünür ki, öz-özünə deyirsən: “Bu, tam mən istədiyim insandır.” Ama unutma : Qəlbinə sevgi tökən hər kəs onu doldura bilməz. Alınmayan o insan üçün üzülmə. Bəzi insanlar sadəcə sınaq üçün gəlib tökülür ki, sən qəlbini doldurmağa layiq olan sevgini tanıya biləsən. İndi gözlərini yum və özündən soruş: “Mənim üçün nəzərdə tutulan sevgi hansı enerjiyə malikdir?”