Alman fizioloqu Karl Friedrich Burdach tərəfindən ilk dəfə 1822-ci (bəzi mənbələrdə 1826) ildə adlandırılmış limbik sistem üzvü. Yunancadan tərcümədə "badam". Bütün beyin çəkisinin təqribən 0,3%-ni təşkil edən, limbik sistemin ən şüvən üzvü. iki paylıdır. Təqribən gözlərə paralel olaraq yerləşir. Emosiyaların yaranmasında, yaddaş prosseslərində, xüsusilə emosianal yaddaşın yaranmasında iştirak edir. Qorxu, təşviş kimi stressogen faktorlar səbəbilə yaranan duyğuların səbəbkarlarından biridir. Epinefrin və norepinefrin kimi hormonların ifrazına təsir edə bilir. Həmçinin ağrı hissinin yaranmasında da iştirak etdiyini göstərən araşdırmalar da mövcuddur. Lakin ağrı hissi ilə bağlı aparılan araşdırmalar hələ ki tam təsdiqini tapmayıb