Məsləhət yox, dərs yox, mühakimə yox... Sadəcə “hə, səni başa düşürəm” cümləsini eşitmək bəzən dünyalara dəyər. Mənə görə bu, ən böyük rahatlıqdır.
anlaşılmaq istəyi insanın ən böyük ehtiyaclarından biridir. sözlərin, duyğuların, fikirlərin qarşı tərəfə çatanda rahatlayırsan, dəyərli hiss edirsən. amma bəzən elə olur ki, səni heç kim başa düşmür, bu da içindəki boşluğu artırır. insan elə istəyir ki, sənin dünyanı da görsünlər, hiss eləsinlər.
Həyatımızda tez-tez rastlaşdığımız haldır zənn edirəm istər sosial şəbəkədə istər üz-üzə danışarkən qarşı tərəfi dinləməmək və yaxud onun hansı halda olduğunu bilmədiyin zaman yaranır.gözəl dostluqları xoş münasibətləri belə bitirə bilir o dərəcə.bəs nə etməli? Əvvəlcə öz özümüzə sual verməliyik ki, ey insan hansımız mükəmməlllikdi qarşı tərəfdən də onu gözləyək?buna cavab tapdıqdan sonra isə çalışaq qarşı tərəfi qırmadan soruşaq nə baş verib nəsə olubmu ki,belə yazırsan,danışırsan biz gözdüyümüz yarısını bilmirik ancaq soruşmaqla empati qurmaqla digər yarısını da tapa bilərik.ən gözəli səbrli və təhkimli olmaqdır.bu zaman münasibət həm sağlam həm də uzumömürlü olacaqdır