Məsləhət yox, dərs yox, mühakimə yox... Sadəcə “hə, səni başa düşürəm” cümləsini eşitmək bəzən dünyalara dəyər. Mənə görə bu, ən böyük rahatlıqdır.
anlaşılmaq istəyi insanın ən böyük ehtiyaclarından biridir. sözlərin, duyğuların, fikirlərin qarşı tərəfə çatanda rahatlayırsan, dəyərli hiss edirsən. amma bəzən elə olur ki, səni heç kim başa düşmür, bu da içindəki boşluğu artırır. insan elə istəyir ki, sənin dünyanı da görsünlər, hiss eləsinlər.