Ata olmaq sadəcə işləyib pul qazanmaq demək deyil. Ata ana ilə bərabər uşağın baxımında iştirak etməli, övladı ilə vaxt keçirməli, onun qayğısına qalmalıdır. Əgər qadın və kişi boşanarsa, ata övladına maddi və mənəvi dəstək olmağa davam etməlidir. Bu, hər bir atanın borcudur. Bunları etməyənlər nə həyat yoldaşları nə də övladlarından hörmət və sevgi gözləməməlidir. Əziyyət çəkib uşaq dünyaya gətirən qadından bir də uşağa təkbaşına baxmasını gözləmək ən azından ədalətsizlikdir.
Ata olmaq elə bir şeydi ki, təkcə “uşağın var” deməklə olmur. Bu iş pasportda ad yazdırmaqla bitmir, əslində orda başlayır.

Bir gün uşaq səndən “ata” deyə yapışır, vəssalam, həyat dəyişir. Artıq sən gecəni yatmaq yox, beş dəqiqəlik dincəlmək üçün istifadə edirsən. Qarnın ac olsa da, son tikəni uşağa verirsən. Pulun az olsa da, özünə deyil, ona bir şey alırsan. Özün yorulursan, amma “ata, oynayaq” cümləsinə yox deyə bilmirsən.