Dindar bir müsəlman olaraq imanımı itirməyimin ən sarsıdıcı tərəfi axirətin olmadığını qəbul etmək idi. İstər valideynlərimin həyatında, istərsə də öz həyatımda başımıza gələn hər bir pisliyin cavabını alacağımız və bu dünyada yaşaya bilmədiyimiz bütün gözəllikləri yaşaya biləcəyimiz utopik dünya yalandır. menim en sevdiyim tipler muselman olan ve her seyi yeyenlerdi cox rahatdirlar kaş mende onlar kimi olaydim
Ateist insanlar üçün həyatın mənası sualı bəzən cavabsız qala bilər. Tanrısız bir dünyada "niyə yaşayıram?", "ölümdən sonra nə olacaq?" kimi suallar qeyri-müəyyən qalaraq mənəvi boşluğa səbəb ola bilər. (ayrıca bax: biz niyə varıq?)
Din insanı kökündən dəyişən,həyata olan baxışını qəlibli hala salan,özündən olmayanı lənətləyən empatidən yoxsul ən əsası da kasıb təbəqədi özünə bağlayan faktordur.bu dünyadakı nemətlərdən uzaqlaşdırıb 2-ci dünyada sonsuzluq vəd edir.inanmaq sərbəstdir ancaq sorğulamaq?niyə də olmasın?nə üçün insan bu dünyadan istədiyi kimi faydalana bilmir?nə üçün kiməsə görə ya da hansısa inanca görə görə sıxılıb oturmalıdır?düşünürəm ki,din olmağı əslində problem deyil hər kəs bu mövzuda azaddır.ancaq nə hikmətsə azadlıq tələb edən din öz növbəsində bizləri qısıtlayır lənətləyir öldürür.dinin sülh olmasa nə dininə nə də özünə hörmət gözləmə