Təqribən 14 ildi ateistəm oxuduğum dini kitablarla həyatın reallığının üst üstə düşmədiyini gördüm əslində çox şey sayaram bircə onu deyim ki Dostoyevski demişkən yer üzündə tək bir uşaq acı çəkirsə tanrı yoxdur
Övladlarımı bütün dinlərdən qoruyacam. Bəlkə onda həqiqi Tanrının hər şeyə qarışan, əzab verən, günah işləməyin üçün səbirsizləşən biri olmadığını başa düşərlər.
Ateistlər arasında ən bədbəxti "azəri" ateisti adətən ərgən yaşlarda özlərini biruzə verir,bir qismi həyatı sorğulamaqla,digər qismi özünü fərqli göstərməklə,ən əsası dinci molla zehniyyətə qarşı çıxmaq üçün ateist olan və daha kimlər kimlər.Ölkəmizdə fikri dinlənilməyən,lağa qoyulan şəxslərdir hansı ki, bu üzücü haldır.Mənə elə gəlir ki,bizim ölkədə fərqli düşüncəyə sahib olmağı belə insana yaraşdırmırlar ölkə rəsmi səviyyədə tolerantlığı elan etsə də inancı cəmiyyət hələ buna tam hazır deyil.Ona görə də ölkədə ateizm və bu kimi digər faktorlar basqıcı qisim tərəfindən hər zaman sıxışdırılacaqdır