təxminən 4,2 – 1 milyon il əvvəl Afrikada yaşamış, insanabənzər ibtidai hominidlər qrupuna aid olan məməlilərdir. Onlar həm insan, həm də meymun xüsusiyyətlərini daşıyır və müasir insanın homo sapiens təkamülündə mühüm rol oynamışdır.
Bir çox nəsli kəsilmiş hominid növləri tapıldıqları yerin adını daşıyır. Belə ki, Sinantropun qalıqları ilk olaraq Çində, Neandertal insanının qalıqları isə ilk olaraq Alman Neandertal Vadisində qazılıb. Lakin avstralopiteklərin Avstraliyada tapıldığına inanmaq səhvdir. Onlar Afrikada məskunlaşıblar və həm avstralopiteklərin, həm də Avstraliyanın adları latınca "cənub" mənasını verən "australis" sözündən götürülüb.
həm iki ayaq üstə gəziblər, həm də ağaclara dırmaşıblar. beyinləri balaca olsa da, insanın təkamülündə önəmli pillədirlər. bir növ, insanla meymun arasında körpü kimidirlər. elm adamları onların qalıqlarını tapıb, bizə qədərki keçmişi bir az da yaxşı başa düşüblər.