kim oturubsa ordan, sanki yerinə doğulub. pəncərə açılıbsa, bağlatdırmır. bağlanıbsa, açmağa qoymur. soruşursan:

– qardaş, pəncərəni aça bilərik?

– məni vurur.

qardaş, nə vurur? külək də səndən qorxur.

özün oturursan pəncərə tərəfə, sən də özünü padşah kimi hiss edirsən. “istəsəm açaram, istəsəm yox.” deməli, məsələ yerdə yox, səlahiyyətdə imiş.
Avtobusa minəndə ilk baxdığım yer: pəncərə tərəfi boşdu ya yox? Əgər boşdursa, sanki günüm düz başlayıb. Orası mənim üçün azadlıq zonasıdı. Qulaqcıqları taxıram, pəncərədən baxa-baxa xəyal qururam.