Keçmişi çox düşünürlər, gələcək üçün çox narahat olurlar, amma indiki anı yaşaya bilmirlər. Onların gözləntiləri ya çox yüksəkdir, ya da yoxdur, hər ikisi də onları bədbəxt edir. Onlar ümumiyyətlə heç kimin başa düşməyəcəyini düşündükləri üçün özlərini izah etmirlər. Bu ən təhlükəli şeydir: tək hiss etmək və başa düşülməmək. Onlar həmişə güclü görünməyə çalışırlar, amma dərindən yorulurlar.
Özümü bəzən o qədər tək hiss edirəm ki, əlimə telefonu alıb kiməsə yazmaq istəyəndə düşünürəm ki heçkimim yoxdur. Olsalar da yox kimidirlər. Bu hissi tam olaraq 2 aydı yox etdiyimi düşünürdüm, ama bir gecə yenə geri gəldi. Kimə nə etdim də bu qədər haqsızlıq yaşadım mən?…
Bir müddət sonra yorulduğun üçün sadəcə susarsan. İçindəki tufanı bir sözlə təsvir etmək istəyərsən, amma qarşındakı insan hələ də günəşli havadan danışar.