Avstriyalı yazıçı Felix Salten tərəfindən yazılmış "Bambi, a Life in the Woods" əsərinin motivləri əsasında 1942-ci ildə Amerikada çəkilmiş "Bambi" cizgi filmi başda Amerika olmaqla dünyanın bir çox yerində ovçuların sayının azalmasına səbəb olmuşdur. Belə ki, Bambi anası ovçu tərəfindən öldürülən bala maralın adıdır. Film yayımlandıqdan sonra bir çox ovçu öz hobbilərindən əl çəkmişdir. Bu hadisə Amerikada maralların sayının kəskin artmasına, hətta onların təsərrüfata ziyan vurmasına, maralların avtomobil qəzalarına səbəb olmasına gətirib çıxarmışdır.
ing. Bambi Effect insanların heyvanlara qarşı daha çox mərhəmət və empatiya hiss etməsi, xüsusən də cəlbedici və sevimli heyvanlara qarşı daha həssas davranması anlayışıdır.
(ayrıca bax: empatiya hissi)
(ayrıca bax: empatiya hissi)