Bir çoxları hər dəfə bu arqumenti gətirir ki, bəs saysız hesabsız qalaktikalar var, saysız hesabsız ulduz sistemləri var ki, orda da həyat yarana bilər. Özüm də bir ara belə fikirləşirdim. Amma məsələ daha kompleksdir. Bir planetdə tək suyun olmağı yeganə şərt deyil. Ən birincisi bununla başlayaq ki, bir planetdə həyat yaranmaq üçün ona "sakitlik" lazımdır. Günəş sistemimiz qalaktikamızın çox "darıxdırıcı" və kənar bir bölgəsində yerləşir. Burda çoxsaylı nəhəng partlayışlar, qamma şüalanmaları və başqa astronomik fırtınalar baş vermir... Günəş sistemimiz də azı-çoxu stabil sistemdir: Ana ulduzumuz Günəş "sarı cırtdan" adlanan ulduzlardandır. Yəni çəkisi və həcmi bir çox ulduzlardan fərqdə orta kiçiklikdə gedir. Ona görə bizim ulduz "hər hansı" 100-200 milyon ildən sonra Super Nova kimi partlamayacaq. Qırmızı nəhəngə çevrilənə qədər hələ milyardlar il sabit şəkildə şüalanacaq... Sonra: bir ulduz sisteminin stabil və "sakit" qalmağı üçün burda Yupiter və Saturn kimi qaz nəhənglərinin mövcudluğu şərtdir: Onlar öz cazibə qüvvələri ilə günəş sistemimizin daxili bölgələrini (yəni Yer Kürəsinin yerləşdiyi bölgəni) komet və asteroid toqquşmalarından "tozsovuran" kimi qoruyurlar... Sonra: bir planetin günəşin ətrafındakı "həyat qurşağı" adlanan bölgəyə düşməsi lotoreyada udmaq kimi bir şeydir: əgər planetin mövqeyi bu bölgədə ideal düşübsə (Yer Kürəsi), onda orda həyat yaranır. Mövqe bir neçə faktor "səhv" düşərsə bu planetin axırı qurtarır Mars yaxud Venera kimi cəhənnəmlər kimi.... Mən hələ yer kürəsinin öz oxu ətrafında fırlanma mexanizmlərindən və burda peykimiz Ayın nə qədər mühüm rolu olmağından danışmıram. Və sairə və ilaxır... Ona görə məsələ çox qəliz məsələdir. Bəlkə elə buna görə planetimizə "göy brilliyant" təxəllüsü verilib.