Açığı deyim, mən bacarmadım. Hər dəfə özümə söz verirəm ki, “bu dəfə pozitiv başlayacam”, amma alarm çalır, gözümü açıram və... həyat yenə restart.

Əgər bunu bacaran varsa vallah, halal olsun. Əhsən! Sizi təbrik edirəm, siz artıq başqa bir səviyyəsiz. Mən hələ o səviyyəyə qalxa bilməmişəm, çünki bazar ertəsi mənim üçün kabus kimidi.

Birdə bunun bazar günü istəmədən yuxudan tez oyanmağı var (ayrıca bax: bazar günü səhəri)
çox çətindi e. budilnik çalır, gözün açılmır, ürəyin işə getmək istəmir. amma bir çay, bir musiqi, bir az özünü aldatsan, bəlkə də keçər. nə də olsa həftənin ilk günü, özünü toparlasan gerisi gəlir. öz-özünə “alınacaq” demək bəlkə də yetər.