saat 8-də gözümü açıb sevinclə yuxuma davam etməyə çalışıram. beyin: “qalx çay qoy, yumurta qızart”, bədən: “biraz da yatırıq qaqaş.” kompromis tapılır – instagrama girib 40 dəqiqə story baxıram.

yataqdan qalxıb güzgüyə baxıram. saçlar elə bil döyüş zonasından qaçıb gəlmiş qaçqındı. bir gözüm açıq, o biri hələ də loading-dədi. çay qoyuram, amma nə qədər çay, nə qədər su lazım olduğunu bir dəfə də normal tutdura bilməmişəm. ya zəhər kimi olur, ya da rəngi kompota oxşayır.

balkona çıxıb “hava necədi?” klassikası... sonra o hava da məni görüb deyir: “bu nə haldadı belə?” qonşu dayı artıq 3-cü siqaretini çəkir, yan balkonun uşağı “anaaaa, telefonum yandııı” deyə bağırır. yəni klassik azərbaycan bazar səhəri.

bir də kimsə yazıbsa: “səhər qaçışına çıxdım, günə enerji ilə başladım” – qısqanıram. sən səhər qaçışı edirsənsə, mən də beyni yandıran yumurta bişirirəm. ikimiz də enerji sərf edirik axı.