prolog :

chernobylite, 2021-ci istehsalı olan, çertobıl atom elektrik stansiyası və ətraf ərazilərində keçən, unreal engine 4 oyun motoru ilə hazırlanmış, elmi-fantastika janrda, qorxu və survival elementlərini özündə cəmləyən bir video oyundur.

əsas pesonajımız Igor Khymynuk adında, əvvəllər çertobıl atom elektrik stansiyasında fizik kimi çalışan bir elm adamıdır.O, 1986-cı ildə baş verən faciədə, həyat yoldaşı tatyana amelieva nı itirmişdir.

Faciədən 35 il sonra, tatyana, mütəmadi olaraq igorun yuxularına girərək onu xilas etməsini istəyir.Nəticədə igor və 2 nəfər muzdlu əsgər çernobıla yollanırlar.ora çatdıqlarında isə vəziyyətin tamam başqa cür olduğunu, NAR (rus dilində ИАР) adlı bir təşkilatın zonaya yayıldığını, burda müxtəlif ekspermentlər apardıqlarını və zonaya bəzi "qonaqların" təşrif buyurduqlarını müşahidə edirlər.

oynanış :
qısa izah etmək lazım gələrsə, oyunda bir bazamız, bir neçə yoldaşlarımız, və 5 ədəd hər gün səyahət etməli olduğumuz ərazilər var.

baza :
bazaya mütəmadi olaraq "qayğı göstərmək" lazımdır.müxtəlif alətlərdən istifadə edərək özümüz və yoldaşlarımız üçün rahat şərait yaratmalıyıq.baza nə qədər yaxşı olsa, yoldaşlarımızda bizdən o qədər razı qalacaq.

yoldaşlar :
oyunun gedişatınıda nəzərə alsaq, ümumi olaraq 5 yoldaş ilə qarşılaşacayıq.bu yoldaşlardan istədiyimizi komandamıza qata bilərik, istədiyimizi də kənarlaşdıra bilərik.hətta bütün yoldaşları kənarlaşdırım, oyunu tək də oynaya bilərik(əgər bacarsan).yoldaşlar barəsində diqqət etməyimiz lazım olan ən əsas məqam, verdiyimiz qərarların birini məmnun etdiyi halda, digərini məyus etməsidir.nəzərə alın ki, finalda nə qədər çox yolaşınız olarsa, o qədər üstün olursunuz.amma hər şey bununlada yekunlaşmır.....

ərazilər :
oyunda, Moscow Eye, Red Forest, Kopachi, Pripyat CentralPripyat Port adlanan və hər gün "ziyarət" etməli olduğumuz ərazilər var.bu ərazilərindən bazamızın inkşafı üçün müxtəlif resuslar toplaya bilərik.yoldaşlarınız artıqca, resus toplamaq kimi işlərə onları göndərib, özünüz daha "ciddi" işlər ilə məşğul ola bilərsiniz.qeyd edim ki, bazamız qədər olmasada, qeyd etdiyim 5 əraziyədə bir neçə cihaz yerləşdirərək oradakı radiasıyanı və mutanların sayı kimi bəzi şeyləri azalda bilərsiniz.

ölüm :
oyunda "ölüm" ün əhəmiyyəti ondan ibarətdir ki, öldüyünüz zaman invertarınızda chernobylite elementiniz varsa, keçmişə gedib verdiyiniz qərarları dəyişə bilərsiniz.

epilog :
mənim üçün 2 tip oyunlar var.xoşuma gələn və ya gəlməyən.yənin oyunun reytinqi, hype ı və s mənim vecimə deyil.
chernobylie oynanışdakı çatışmamazlıqlara baxmayaraq, çernobılın qaranlıq atmosferi və çox maraqlı, eyni zamanda "qarışıq" hekayəsi ilə mənim hər zaman yadım qalacaq bir proyektdir.