Məni hövsələdən çıxaran bir şey varsa, o da budur. Aldığım heç bir çiyələyin dadı yoxdur, bahalısı da, ucuzu da fərq eləmir. Hamısı yekə-yekə, sulu, amma dad sıfır.
Elə bil su içi boş plastik meyvədi. Uşaqlıqda yediyim çiyələyin dadı hələ də ağlımdadı, indiki çiyələklər isə ancaq görüntü. Deyəsən, dad yerinə təkcə görünüş yetişdirirlər.