'Darıxmışam' deyə bilməmək, hətta cavab ala bilməyəcəyini bilməkdən irəli gəlir. Bəlkə də o susqunluq insanın özünü qorumaq cəhdidir. Çünki o baxış, o istəksiz ifadə sözlərdən çox ağrıdır. Bəzən insan bilir ki, sevdiyini deməyin belə, bədəli ağır olacaq, ona görə də susur. Qürurdan deyil, daha çox zədə almamaq üçün.
Sevgi çox vaxt sözlərlə deyil, susqunluqlarla ölçülür. Kimsə sənin üçün gecəsini oyaq keçirir, kimsə sənin xoşbəxtliyin üçün özünü unudur. Amma biz çox vaxt bu susqun fədakarlıqları görmürük. Əsl sevgi göstərilməyən, amma hiss edilən qurbanların içində gizlənir.