Dubayda qızılın qramından baha satılan və dadı heç də “wow” olmayan bir şokolad satılır. Hansı vicdansız, hansı pula satılmış insan və ya insanlar onu paylaşıb məşhur edib, bilmirəm, məlumatsızam. Bir onu bilirəm ki, daha çox xanımlar arasında məşhurdur, mağazalarda əsasən xanımlar alırdı bu şokoladı. Çoxu da qiymətini öyrəndikdən sonra qəribə reaksiya verirdi.