Bu cəmiyyət nə qədər ki yerlibazlıq edəcək, qadın olub kişiləri, kişi olub qadınları əksik və ikinci cins kimi görəcək, kimisə geyiminə görə yarqılayacaq, zövqünü zorbalayacaq, evlənənin ailə işinə qarışıb, evlənməyənə də pozğun və ya petux deyəcək, nə qədər ki insanın xarakterinə və intellektinə yox dininə fikir verəcək, nə qədər ki batan gənc istedadları yox, tiktokerləri, Şəbnəmləri məhşur edəcək, bilin heç zaman düzəlməyəcək. Get-gedə dala düşəcək hətta. Düşüncə dəyişməsə mümkün deyil (1/2)
O gün tiktok da təsadüfən bir qızın canlısına girdim çox gözəl qız idi ama mən canlılarda max 5dq otururam, nəysə qız ağzını açan kimi soyudum nə danışıq mədəniyyəti yox, nə diksiya of dəhşət idi elə belə danışa danışa 3 oğlan misafire qoşuldu ordaca tanış
oldular 3nə də instasını verdi dedi "yazarsız". Çıxdım dedim əş özü bilər, bəyag qabağıma qızın şəkli çıxıb üstünə yazıb "siz 20 oğlannan bir danışın mən sakitcə qismətimi gözlüyürəm"
Metroda qoca görüb yer verməyən adam, internetdə "bizim cəmiyyət çox hörmətsizdir" yazır. Restoranda ofisianta yuxarıdan-aşağı baxan adam, Instagram-da "insanlıq öldü" yazır. Sözlər deyil, əməllər göstərir sən kimsən.