Çünki hər göz qırpanda göz təmizlənir, nəmlənir, qorunur. Orta hesabla gündə 15-20 min dəfə göz qırpırıq. Mən bəzən kompüterə baxanda unuduram – sonra da gözüm yanır.
Çünki balda nə su var, nə də bakteriya üçün şərait. Tərkibində təbii antibiotik kimi işləyən maddələr var. 3000 il əvvəlki ballar hələ də yeyilə bilir. Elə bil təbiətin konserve...
Çünki REM yuxusu zamanı əzələlərimiz “kilidli” vəziyyətdə olur. Beyin “qaçıram” deyir, bədən “yerimdəcə qaldım” deyir. Mənim ən gərgin kabuslarım da bu yavaş-yavaş qaçma səhnələridir.
mədə və bağırsaqlar boş olanda hava ilə birlikdə sıxılır, hərəkət edir və səs çıxarır. Tibbi adı “borborygmus”dur. Mənimkində bəzən elə səslər gəlir ki, kimsə eşitsə utancdan qızarıram
Qırmızı rəng beyin üçün təhlükə və ya ehtiras siqnalı verir. Qan, enerji, diqqət... hamısı onda toplanır. Ona görə reklamlar, endirimlər, sevgi mesajları – çox vaxt qırmızı olur.
Çünki sakitlik var, ətraf susur, beyin “nəhayət mənimlə məşğul ol” deyir. Gün ərzində sıxışdırdıqların o vaxt çıxır üzə. Gecə fikirlər uzanır, bəzən yatmır, bəzən yatır.
Limon C vitamini verir, çay isə antioksidantlarla doludur. İkisi birləşəndə həm immunitet güclənir, həm də orqanizm təmizlənir. Əsl detoks. Mənə görə həm də ruhun “refresh” düyməsidir.
Çünki günəş ultrabənövşəyi şüa göndərir, bədən isə qorunmaq üçün melanin istehsal edir. O da dərini qaraldır. Yəni qaralma – dəri “qoruyuram” deyir. Amma yandırmadan əvvəl xəbər vermir.
Göz yaşı sadəcə su deyil – içində duz, protein, vəzifəsi olan fermentlər var. Həm gözü qoruyur, həm də hissləri rahatladır. Ağlamaq – həm fiziki, həm ruhi boşalma kimidir.
Qorxu zamanı bədən “təhlükə var” siqnalı verir. Adrenalin artır, ürək döyünür, əzələlər hazır vəziyyətə gəlir. Beyin “qaç ya da döyüş” rejiminə keçir. Mən qorxanda nə qaçıram, nə döyüşürəm –...
Elmi adla - progeriya
Uşaqlar bu xəstəliklə doğulanda bədənləri çox tez qocalır. Görünüşcə yaşlı olurlar, amma içlərində hələ uşaqdırlar. Bu xəstəlik çox nadirdir, amma öyrədicidir – zamanla necə dəyərli...
Empatiya ilə bağlıdır. Beyin “qarşıdakının vəziyyətini anlayıram” deyir. Bu, insanlarda sosial bağ yaratmaq üçündür. Bir yerdə əsnəmək bəzən susaraq dost olmaq kimidir.
(ayrıca bax: empatiya hissi)