Özünə edilməsini istəmədiyi bir şeyi başqasına rahatlığla edə bilən insan eqoistdir. Hörmət gözləyər amma hörmət eləməz,dəyər görmək istəyər amma dəyər verməz. Birinci səni dəli edər sonra bütün problemin səndə olduğunu iddia edər"
Eqoist insanla ünsiyyət qurmaq, elə bil ki, hər gün onun “mənəm-mənəm” teatrında ikinci plan aktyoru olursan. Söhbət başlayır – mövzu onun uğuru. Mövzu dəyişir – yenə onun dərdi. Sən danışırsan, amma o səni dinləmir, növbəti cümləsində yenə özünə qayıdır. Elə bil onun içində "başqaları" adlı bir qovluq yoxdu.
Belə adamlara bir sual vermək istiyirəm: “qardaş, sənə güzgü hədiyyə eləyək, ad günün bitməsin.” Özünü elə mərkəzə qoyur ki, biz fırlanırıq onun orbitində.
Ən maraqlısı odur ki, öz eqosunu "özgüvən" kimi təqdim eləyir. Halbuki bu, özgüvən yox, “özünü yuxarıdan görmək” sindromudu.
Əvvəl güldürür, sonra bezdirir.

Eqoist insan hər şeyi öz marağına görə ölçüb-biçən, başqalarının hisslərini, ehtiyaclarını görməzlikdən gələn biridir. Söhbətin, dostluğun mərkəzi həmişə o olmalıdır. Amma unutmasın: dünya təkcə onun ətrafında fırlanmır.
Əsl güc başqasını deyil, öz eqonu məğlub edə bilməkdir. İnsanı içindən yeyən şey bəzən düşmən yox, öz “mən”idir. Qurban verməyin ən çətin forması isə eqondan keçməkdir — çünki düşmənlə döyüşdə qalib olsan fəxr edirsən, eqonu aşanda isə sadəcə sakitləşirsən.