tibb dilində “Ex” ölüm mənasını verir. Bəlkə də məhz bu səbəbdən artıq həyatınızda olmayan şəxslər “Ex” adlanır.
Qısaca, bu şəxslərə bir fatihə oxuyub, qaldığınız yerdən yaşamağa davam edin..
Ex sevgili – keçmişdəki duyğuların, xatirələrin və bəzən dərslərin daşıyıcısı. Bir zamanlar ən yaxın olan insan, indi isə bəlkə də sadəcə bir ad, bir mesaj tarixçəsi. Bəzən nostalji gətirər, bəzən isə rahat bir nəfəs. Amma hər nə olursa olsun, həyat davam edir.
nə qədər da qəribə bir ifadə. Eləcə də “ex sevgili”, “exdost”... Sanki artıq dəyərini itirmiş, vaxtı keçmiş bir əşya kimi.

Birlikdə bu qədər şey paylaşdığın insanları sadəcə “köhnə” deyə adlandırmaq mənə gözəl gəlmir. O qədər duyğu, xatirə, təcrübə bir ifadəyə sığdırılıb silinmiş kimi olur. Halbuki bəlkə də yeni bir ad tapılmalı onlara – nə tamam indiki, nə də sırf keçmiş kimi görünən, sadəcə həyatının bir parçası olmuş insanlar üçün daha yumşaq, daha insani bir söz...