fermentlərin hərəkəti nəticəsində orqanik substratlarda kimyəvi dəyişiklikləri yaradan prosesdir. Fermentasiya haqqında elm zimologiya adlanır. İnsanlar fermentasiyanı yemək və içki hazırlamaq üçün neolitdən bəri istifadə edirlər. Məsələn, süd turşusunu yaradan fermentasiya prosesi xiyar turşusu, kombuça, kimçi, qatıq və yoqurt kimi məhsulların hazırlanmasında işlənilir. Alkoqolu yaradan fermentasiya isə şərab və pivə kimi içkilərin hazırlanması ilə nəticələnir.