Ginnesin Rekordlar Kitabı (ing. Guinness World Records) — hər il nəşr olunan və həm insanların qırdığı, həm də təbiətin yaratdığı dünya rekordlarını özündə əks etdirən bir məcmuədir.
Tarixçəsi
Kitabın yaranma ideyası 1951-ci ildə "Ginnes" pivə zavodunun direktoru Hyu Biverə məxsusdur. O, dostları ilə birgə ovda olarkən, hansı quşun daha sürətlə uçması barədə mübahisə edir. Bu suala cavab tapmaq üçün bir məlumat kitabının olmadığını görən Biver, belə bir kitabın nəşr olunması ideyasını irəli sürür.
1955-ci ildə ilk "Ginnesin Rekordlar Kitabı" nəşr olunur və böyük maraqla qarşılanır. Kitab qısa zamanda populyarlıq qazanır və hər il yenilənərək nəşr olunmağa başlayır.
Kitabın məzmunu
Ginnesin Rekordlar Kitabında müxtəlif sahələrdə ən yaxşı nəticələr göstərmiş insanların və ya hadisələrin rekordları yer alır. Kitabda həm insan tərəfindən yaradılan rekordlar (məsələn, ən sürətli qaçış, ən ağır yük qaldırma), həm də təbiətin yaratdığı rekordlar (məsələn, ən uzun çay, ən hündür dağ) öz əksini tapır.