Təcrübəli dənizçilərin belə bir qaydası var. Gəmidə siçanlar çoxalanda bir neçəsini diri ələ keçirib atırlar bir çəlləyin içinə. Ağzını da möhkəmcə bağlayırlar. Aclıq yavaş-yavaş özünü göstərir və göstərdikcə siçovullar başlayırlar bir-birini yeməyə. Əvvəl-axır, təbii ki, ikisi sağ qalır, onlardan da biri digərini basıb yeyir. Bax o sonda qalan siçovulu daha dənizçilər öldürmür, əksinə çıxarıb azad buraxırlar. Gəmidə yenidən sərbəst gəzir. Çəlləkdə öz növünün "fərd"lərinin dadına baxmış o siçovul daha nə kabelləri gəmirir, nə də əşya və ərzağa soxulur. Əksinə, o artıq olur dənizçilərin köməyi - qabağına harada siçovul çıxdısa, hamısını parçalayıb yeyir. Çünki o artıq qanın dadına baxıb.

Nihat cibindəki son qəpiyi əlinə alıb diqqətlə baxdı. Ancaq onu xərcləsə, tamamilə pulsuz qalacaqdı. Bir anlıq tərəddüd etdi, sonra yaxınlıqdakı köşkdən bir lotereya bileti aldı.

Əlində bileti sıxaraq evinə yollandı. Nəticələri öyrənmək üçün televizoru açdı və… nömrələr tam uyğun gəlirdi! Nihat həyatında ilk dəfə milyonçu olmuşdu.

Son qəpik – bəxti gətirdi.
Keçmişdə bəzi kişilər maşınlarında sabun gəzdirərdi.

Sabunu kiçik deşiklər açılmış bir qutuya qoymaqla, sabun ətrinin yavaş-yavaş yayılması təmin edilirdi. Bu, müasir hava təravətləndiricilərinin köhnə və ucuz alternativlərindən biri idi.